Casting

  • Medeks Hospital
  • Elanın qoyulma tarixi: 04.07.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Medeks MMC şirkəti 2008-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas istiqamətlərinə aşağıdakılar sahələr daxildir:

Müxtəlif profilli tibbi, sanator-kurort müəssisələrinin qurulması və avadanlıqlarla təchiz olunması;
Kosmetoloji mərkəzlərin və Spa komplekslərinin qurulması və müvafiq avadanlıqlarla təchiz olunması;
Müxtəlif təyinatlı laboratoriyaların (qida, kriminalistik və kliniki) qurulması və təchiz olunması;
Şirkət bu günə kimi 30-dan çox müxtəlif profilli dövlət və özəl müəssisələrin qurulmasında iştirak etmişdir.
Şirkətin yeni açılmış İspaniya brendi olan Germaine De Capuccini estetik Mərkəzindən sonra indi də dünyanın və Fransanın ən məhşur stilistləri olan Franck Provost və Jean Luis David ilə bir araya gələrək Bakıda Saç İnstitutu açmağı planlaşdırır. Mərkəzdə işləmək üçün şirkət bu sahəyə marağı olan oğlan və qızların əvvəlcədən Fransada 6 aylıq ödənişsiz təcrübə keçməsini təmin edəcək.

Tələb olunan kefiyyətlər:

Yaş həddi:  20-25;
Xarici görünüş;
Xaricə getmək imkanı;
Orta və Ali təhsil (İncəsənət, Rəssamlıq, Dizayn sahələri üzrə);
Stilistika işi ilə tanışlıq və ya bu haqda öyrənmə arzusu;
Ünsiyyət qurmaq və komanda da ilə işləmək bacarığı;
Rus dilində sərbəst danışmaq və yazmaq. İngilis dili arzu olunandır;
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

Vakansiya ilə maraqlanan şəxslərdən öz şəkilli CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində (Sach İnstitutu) qeyd etməklə göndərmələri xahiş olunur.  Əlaqə telefonu: (+994 12) 465 60 00