Front-End Developer

  • Elanın qoyulma tarixi: 01.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Təhsil: Müvafiq sahədə ali təhsil;
• Təcrübə: Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
• HTML 5, CSS3 VƏ Jquery programlarını yüksək səviyyədə bilməli;
• Figma və Adobe Photoshop üzrə biliklərinin olması, Javascript, GIT, REST API programlarından istifadə bacarığı;
• Typescript, Flutter texnologiyalarının bilinməsi arzu olunandır;
• UI/UX prinsipləri haqqında məlumatlı olmalı;
• Adaptiv web interfeyslərin inkişaf etdirilməsi bacarığı;
• Analitik düşünmə qabiliyyəti;
• Fərdi və komandada işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

• Dizayna uyğun olaraq web və mobil layihələrin hazırlanması;
• Web səhifələrinin dizayn və formatının təyin olunması;
• Mövcüd web səhifələrin təkmilləşdirilməsi;
• UI/UX dizaynlarının texniki praktikallığının təmin olunması.

İş şəraiti:

• İş qrafiki: 09:00-18:00
• Əmək haqqı: 500-800
• Ünvan: Əhməd Rəcəbli 1/11A

Qeyd: CV ilə birlikdə portfolionun göndərilməsi mütləqdir.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Front-end developer” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz