Stok kontrol üzrə mütəxəssis

  • Superfon
  • Elanın qoyulma tarixi: 26.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

• Satış strategiyasına əsasən məhsulların stok idaəredilməsini həyata keçirilməsi və nəzarət edilməsi;
• Məhsul stokunun dövriyyəsinə nəzarət etmək və yeni malların satış intensivliyinə əsasən satış nöqtələrində düzgün stoklanması;
• Aşkar olunmuş kənarlaşmaları proqram təminatı üzərindən satış nöqtələrində araşdırmaq;
• Satış tərəfindən olunan yanlış əməliyyatların (yerdəyişmələrin) aradan qaldırılmasını təmin etmək;
• Stok neqativlərinin araşdırılması, analiz olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək.

Tələblər:

- Ali təhsil (İqtisadiyyat, menecment, maliyyə və audit );
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Dəqiqlik,məsuliyyətlilik, stressə davamlılıq;

Təminatlar:

• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 5 gün tam,şənbə günü isə natamam iş qrafiki;
• Korporativ mobil nömrə;

Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi h[email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Stok kontrol üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi