Maliyyə Xidmətləri üzrə Supervayzer

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 25.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

BAŞLICA FƏALIYYƏTLƏR

• Ödəniş kartlarının əməliyyatlarının idarə olunması və fasiləsiz kredit ödəmələrini təmin edilməsi;
• Müştərilərin kart hesablarına köçürüləcək pul vəsaitlərinin mövcudluğunu təmin edilməsi və əsas hesabda balansı doldurmaq üçün, xəzinədarlıq şöbəsi ilə birlikdə fəaliyyətin göstərilməsi;
• Baş Ofis və filiallarla sıx əməkdaşlıq etməklə, kreditlərin verilməsi üzrə ödəniş kartlarının əvvəlcədən müəyyən olunmuş tələbini təyin edilməsi;
• Terminal şirkətləri ilə və ya banklarla, yaxşı əlaqələr qurmaqla, əməkdaşlıq edib, interfeysdə tələb olunan hər hansı bir düzəlişlərin uzlaşdırılması və ya hər hansı bir əməliyyat və ya proseslərdə dəyişikliyin edilməsi;
• Odəniş kartlarının tələbnamələrinin hazırlanması, məlumatların yoxlanılması və pul vəsaitlərinin müştərinin kart hesabına köçürülməsi üçün kart emalı şirkətinin veb interfeysindən yüklənilməsi;
• Plastik kartların siyahısını müəyyən olunmuş prosedura uyğun olaraq saxlaılması;
• Terminallarla bağlı ciddi problemlərin həllində CRM ilə birgə işləmək. Filiallarda quraşdırılmış nağd pul terminallarının işələk olmasının təmin edilməsi, nasazlıq yarandığı halda, vendorlara xəbər edilməsi və sürətli şəkildə problemin həll edilməsi;
• Terminal vasitəsilə nağd pul əməliyyatlarının idarə edilməsi və vəsaitin şirkətin hesabına vaxtında köçürülməsini təmin edilməsi;
• Kredit ödənişləri üçün onlayn vasitələrin banklar və onlayn kanallarla idarə olunması;
• Kreditvermə üzrə müxtəlif kanalların sxemlərinin yenilənməsi və ən son vəziyyətlə bağlı rəhbərlik və filiallarla hesabatın verilməsi;
• Kreditlərin verilməsi üzrə əməliyyat statusu hesabatının hazırlanması və hər ay Şöbə Rəhbərinə təqdim olunması;
• Debit/kredit tranzaksiyaları barədə hesabatların vaxtlı şəkildə Baş Ofisə təqdim olunması;
• Şöbənin əməkdaşları üçün təlim tələblərinin qiymətləndirilməsi və potensialın artırılması planının hazırlanması;
• Nağd pul əməliyyatları üzrə AR Mərkəzı Bankının uyğunluq qaydaları barədə daima yenilənmiş məlumatına sahib olunması və “FINCA Azərbaycan”ın hər zaman bu siyasətə uyğun olmasını təmin edilməsi;
• Ölkənin siyasi/iqtisadi vəziyyətində baş verən dəyişiklikləri qiymətləndirmək və vəzifə üzrə mümkün təsirlərin öhdəsindən gəlmək üçün müvafiq tədbirlərin görülməsi barədə rəhbərliyə məlumat vermək.

TƏLƏBLƏR

• İqtisadiyyat və ya İdarəetmə üzrə Magistr dərəcəsi
• Maliyyə sektorunda minimum beş illik təcrübə
• Tərəfdaşlarla əlaqələrin qurulması və əlaqələndirilməsi üzrə bacarıqlar
• Azərbaycan, ingilis və rus dili bilikləri
• Microsoft Office proqramları daxil olmaqla, əla səviyyədə kömpüter biliyi və bacarığı
• Yüksək kommunikasiya və vaxtı idarəetmə bacarığı
• Komanda ilə iş bacarığı

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 06 iyun 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Maliyyə Xidmətləri üzrə Supervayzer (Baş Ofis) qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi