Baş mühasib

  • Mover LLC
  • Elanın qoyulma tarixi: 25.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək;
• Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini və mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək;
• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
• Vergi (ƏDV, ÖMV, Mənfəət, Sadələşdirilmiş, Gəlir, Əmlak), DSMF və statistika hesabatları hazırlamaq və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim etmək;
• Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmalar aparmaq, sorğuları vaxtında cavablandırmaq;
• Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılmasını təmin etmək;

Tələblər:

• Təhsil: Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
• İş təcrübəsi: Bu sahə üzrə 5 ildən çox iş təcrübəsi;
• Vergi Məcəlləsi üzrə biliklər;
• MS Office bilikləri;
• Dil: Azərbaycan və rus dili;
• Beynəlxalq daşıma və ya gömrük sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd edərək [email protected] e-mail ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi