Satış konsultantı

İşin təsviri

Gözləntilər:

- Dil bilikləri əsas seçim kriteriyasıdır!!!
- Azərbaycan dili mükəmməl, ingilis və rus dili danışıq səviyyədə
- Kommunikasiya bacarıqları: aktiv, gülərüz,ünsiyyətcil,stresə davamlı

Vəzifə funksiyaları:

- Mağazaya daxil olan müştəriləri qarşılamaq
- Müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq, məhsullar üzrə məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək-İş zonasını səliqəli şəkildə saxlamaq.
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək
- Mağazadakı vitrin təmizliyini təmin etmək

Şərtlər:

- Əmək qanunvericiliyinə əsasən rəsmiləşmə
- Həftədə 5 iş günü, yarım gün (4 saatlıq dəyişən növbəli)- Tam ştat
- Həftədə 6 iş günü, tam gün (8 saatlıq dəyişən növbəli)- Yarım ştat
- Əmək haqqı + % bonus

Retail Group Azərbaijan” beynəlxalq Alhokair Fashion Retail şirkətinin yerli nümayəndəsidir və pərakəndə geyim satış sektorunda satış lideridir.Şirkətin 400-dən çox əməkdaşı Bakının 25 mağazasında dünyanın tanınmış brendləri ilə müştərilərə xidmət göstərir.Bu brendlərə daxildir:
Zara,Massimo Dutti,Pull&Bear,Bershka,Stradivarius, Oysho,Aldo,Aldo Accessories, Call it Spring, Charles &Keith, La Senza, Zippy, Quiz, Sergent Major, La Vie en Rose

Qeyd: Uyğun namizədlər anketlərini [email protected] elektron poçt ünvanına “Satış-konsultantı” başlığı ilə göndərə bilərlər.Həmçinin başlıqda Tam ştat və yaxud Yarım ştat qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi