Kargüzar

  • Logistik Şirkət
  • Elanın qoyulma tarixi: 23.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (KARGÜZAR ) emailda MÖVZU (SUBJECT) bölməsində qeyd edərək [email protected] göndərin.

VƏZİFƏLƏRİ:

- Cəmiyyətə daxil olan sənədlərin qəbulunu, rəsmiləşdirilməsini və rəhbərliyin yazılı, habelə şifahi göstərişlərinə əsasən struktur bölmələri üzrə paylanmasını təşkil etmək;
- Cəmiyyətin bütün struktur bölmələrində vahid kargüzarlıq sisteminin təşkil olunmasını təmin etmək və bu işin təşkili sahəsində onlara zəruri köməklik göstərmək;
- Kargüzarlıq işinin səmərəli təşkili, sənədlərin sistemləşdirilməsi və qeydiyyatını aparmaq, habelə arxiv işinin aparılmasını təmin etmək;
- Ezamiyyətə gedən işçilər üçün viza, aviabilet və oteli təşkil etmək;
- İnzibatı və kargüzarlıq işləri ilə bağlı zəruriyyət yaranan halda işçilərə köməklik göstərmək;
- Qonaqları qarşılamaq, telefon zənglərinə cavab vermək və aidiyyəti üzrə yönləndirmək, təşkilatın rəsmi yazışması, məktublaşmanı idarə etmək;
- Sənədləri, hesabatları, təqdimatları hazırlamaq və təqdim etmək;
- Əmrləri və protokolları qeydiyyatını aparmaq və saxlanılmasını təmin etmək
- Sürücü və ya poçt xidməti şirkəti ilə əlaqə saxlamaq və sənədin vaxtında göndərilməsini və çatdırılmaya nəzarəti təmin etmək;
- Şirkət işçilərinin hər hansı idarə və təşkilatlara getməsi üçün nəqliyyatı təşkil etmək;

TƏLƏBLƏR:

- Təhsil dərəcəsi: Bakalavr
- Təcrübə: Ümumi ən az 3 il , sahə üzrə ən az 1 il,
- Məsuliyyətlilik
- Ünsiyyət qurmaq bacarığı
- Etibarlılıq
- Detallara fikir vermək qabiliyyəti
- Azərbaycan və Rus dilləri əla səviyyədə, İngilis dili orta səviyyədə
- Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)

Qeyd: Azərbaycan bölməsi üzrə təhsil alanlara üstünlük veriləcəkdir.

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (KARGÜZAR ) emailda MÖVZU (SUBJECT) bölməsində qeyd edərək [email protected] göndərin.