İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

İşin təsviri

Namizədə dair əsas tələblər:

- Ali və ya orta ixtisas təhsilli olmalı;
- Azərbaycan dilini mükəmməl bilməli, ingilis və rus dilləri arzuolunandır.
- Komandada işləmə qabiliyyəti, ünsiyyət, təqdimetmə bacarığı, məsuliyyət, operativlik və dəqiqlik kimi keyfiyyətlərə malik olmalı;
- MS Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı olmalı.

Əsas vəzifə öhdəlikləri:

- Sosial şəbəkələrdə kontentləri yazmaq, yayımlamaq və şərhləri vaxtlı-vaxtında cavablandırmaq
- Nümayəndəliyin regionda keçirilən fəaliyyətinin yerli mediada işıqlandırılmasını təmin etmək
- Aylıq sosial şəbəkə və media hesabatlarını hazırlamaq
- Mərkəzin korporativ üslubuna əməl etmək
- Aylıq paylaşım planlarını hazırlamaq və icra etmək

Gənclərin İnkişaf və Karyera Mərkəzi qeyd edilən rayonda yaşayan, istedadlı, ictimai və sosial sahələrdə fəal, ali təhsilli və qeyd olunan vəzifə tələblərinə uyğun gələn gəncləri (29 yaşadək olan) müraciət etməyə dəvət edir. Müraciət etmək istəyən şəxslər Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəsmi internet saytı (www.youthfoundation.az/vakansiyalar) və GencApp mobil tətbiqi vasitəsilə 31 may 2021-ci il tarixinə qədər onlayn qeydiyyatdan keçə bilərlər.