Böyük hüquqşünas

İşin təsviri

Bizim üçün uyğun namizəd:

- Ali hüquq təhsili;
- Məhkəmə və icra orqanları ilə iş sahəsi üzrə minimum 5 (beş) il iş təcrübəsi;
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
- Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalı.

Hansı işləri görəcəksiniz:

- Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş işlərin uçotunun aparılması, qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması;
- Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borclular və ya kollektorlar ilə müvafiq danışıqların aparılması;
- İcraatda olan debitor borclar, məhkəmə işləri ilə bağlı hesabatlıq sisteminin təşkil edilməsi;
- Şirkətin tərəf olduğu məhkəmələrdə nümayəndə qismində iştirak edilməsi, müvafiq sənədlərin (iddia ərizələri, etibarnamələr, vəsatətlər, etirazlar, yazılı izahatlar, apelyasiya və kasasiya şikayətləri, məhkəmə çıxışları və s.) hazırlanması;
- Debitor borclar, icraatda olan məhkəmə və icra işləri ilə əlaqədar hüquqi məsləhətlər, rəylər və arayışların verilməsi;
- Struktur bölmə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Nə əldə edəcəksiniz?

- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Böyük hüquqşünas” yazaraq 18.06.2021 il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur.