Mühəndis-Texnoloq

  • Metak
  • Elanın qoyulma tarixi: 17.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

• Pressforma, ştamp, tərtibat və digər məmulatların detallarının hazırlanması, onların yığılması üzrə texnoloji əməliyyatların ardıcılığını təyin etmək;
• Sexə daxil olan konstruktor sənədlər əsasında məhsulun konstruksiyasının texnoloji cəhətdən səmərəliliyini müəyyənləşdirilməsində iştirak etmək;
• Məhsulların istehsal qrafiklərinin tərtib olunmasında, mal-materialın, alət və tərtibatların sifarişində və hazır məhsulun təhvil verilməsində iştirak etmək;
• Sexdə texnoloji nizam-intizama əməl olunmasına və avadanlıqların düzgün istismarına nəzarəti həyata keçirtmək;
• Zay və aşağı keyfiyyətli məhsulların əmələ gəlmə səbəblərini araşdırmaq və onların aradan qaldırılması üçün tədbirlərin işlənməsində iştirak etmək.

Tələblər:

• Təhsil: Ali (ixtisas: Maşınqayırma);
• İş təcrübəsi: minimum 3-5 il (Mühəndis-texnoloq olaraq);
• Dil bilikləri: Azərbaycan, Rus.
• Texniki sənədlərlə, çizgilərlə, AutoCad proqramında işləmə bacarığı;
• Planlama qabiliyyəti, yüksək təçkilatçılıq bacarığı;
• İşgüzar ünsiyyət bacarığı.

İş şəraiti:

• Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
• 6 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://job.metak.az/vacancy/show/24 və ya [email protected] ünvanına CV göndərərək 18.06.2021– ci il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.