İş barədə məlumat
• İşçi layihə sənədlərinə uyğun ümumi tikinti, mexaniki və elektrik təchizatı işlərinin layihə smeta sənədlərinin tərtibatı;
• Əsaslı Tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq.
• Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi;
• Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərinin yoxlanılması və nəticələrlə bağlı arayışın tərtib edilməsi;
• Layihələr üzrə smeta sənədlərinin uçotunun aparılması və smeta maliyyə hesablamalarının sistemləşdirilməsi;
• Yerli və beynəlxalq tender layihə sənədlərinin qiymətləndirilməsi;
• Smeta qiymətləri üzrə arayışların tərtib edilməsi
• Smeta sahəsinə tam hakim olmalıdır və yaranacaq problemlərin həlli üçün öz təkliflərini irəli sürməlidir
• Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir
Bilməlidir
• Tikinti materiallarının növləri və xüsusiyyətlərini
• Tikinti texnologiyasını
• Tikinti norma və qaydalarını, material sərfi normalarını
• Smeta sənədlərinin hazırlanması üçün ümumi tikinti işlərin həcmlərinin təhlili və hesablanmasını
• Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri
• Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktları bilməlidir
• Tikinti və ağır texnikaların üst qurğuları və metal konstruksiyalar üzrə materiallarının növləri və xüsusiyyətlərini bilməli
• Tikinti və ağır texnikaların üst qurğuları və metal konstruksiyaların texnologiyasına, istehsalının norma və qaydalarına, material sərfi normalarına dair biliklər
Namizədə tələblər
• Ali təhsil (müvafiq sahədə)
• Müvafiq sahədə iş təcrübəsi tikinti şirkətlərində 3 ildən az olmamaq şərtilə
• Kompüter bilikləri: MS Office, AutoCad
• etender.gov.az saytından istifadə bacarığı
• Yaşı : 30-50
Maraqlanan namizədlər mövzu yerində “Smetaçı-Mühəndis” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.