Plastik kartlarla əməliyyatlar şöbəsində kiçik mütəxəssis

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 15.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Bankomatların monitorinqi və texniki nasazlıqların aradan qaldırılması;
- Ödəniş terminallarının monitorinqi və texniki nasazlıqların aradan qaldırılması;
- POS terminalların müştəriyə təhvil verilməsi və ya müştəridən təhvil alınması;
- Bankomatlarda reklam çarxlarının dəyişdirilməsi;
- Router,modem quraşdırılması və konfiqurasiyası.

Tələblər:

- Azərbaycan dilini mükəmməl, İngilis və Rus dillərini orta səviyyədə bilməli;
- Bank işini tənzimləyən qanunvericilik və Mərkəzi bankın normativ sənədlərinin tələblərinə yaxından bələd olmalı;
- Bank sirri təşkil edən məlumatların məxfiliyini qoruyub saxlamalı;
- İşində dəqiq, məsuliyyətli, bilikləri artırmağa meylli, mühitə tez uyğunlaşan, səmimi, işində planlı və səliqəli olmalı;
- MS office proqramlarını orta səviyyədə bilməli.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Plastik kartlar” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

 

İşəgötürənin reytinqi