Əməliyyatların təhlükəsizlik təminatı şöbəsinin mütəxəssisi

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Mövcud “NGF Firewall”-ların administrasiyası;
• “Web Application Firewall”-un administrasiyası;
• Yeni və mövcud “Web Application”-ların təhlükəsizliyinin təhlili;
• RADIUS və TACAS+ serverlərinin administrasiyası;
• Şəbəkə, server və proqram təminatlarının zəifliklərinin aşkar edilməsi (vulnerability scanning);
• İPS sistemlərinin administrasiyası;
• 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyinin təmini;
• Email təhlükəsizliyi sisteminin administrasiyası;
• Şəbəkə və “application” üzrə monitorinq sistemlərinin administrasiyası;
• VPN rabitəsinin qurulması və təhlükəsizliyin texiniki sahəsi üzrə digər tapşırıqların icrası.

Namizədə qarşı tələblər:

• Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
• Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dili (yaxşı);
• Veb təhlükəsizlik (Web Application Firewall) parametrlərinə dair biliklər;
• AAA, RADIUS, TACAS+ barədə biliklər;
• Yeni nəsil firewall-lar (NGFW) barədə biliklər;
• Anti-virus, Anti-Malware sistemləri barədə biliklər;
• Vulnerability scanning proqramı üzrə biliklər;
• Penetration testing barədə biliklər;
• Müdaxilələrin qarşısının alınması sistemləri (IPS) üzrə biliklər;
• 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi barədə biliklər;
• Email təhlükəsizliyi, monitorinq sistemi və VPN texnologiyaları üzrə biliklər;
• İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 may 2021-ci il tarixinədək email-in mövzu hissəsində Əməliyyatların təhlükəsizlik təminatı şöbəsinin mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi