iOS Developer

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 08.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Mobil platformaların hazırlanması və modifikasiyası;
• Mobil bank və informasiya sistemləri üçün layihə müşayəti;
• Test tapşırıqların hazırlanması və testlərdə iştirak;
• Layihələrin icrası prosesində yaranan problemlərin vaxtında həll edilməsi;
• Mobil bankinqin iş qabiliyyətinin monitorinqi və dəstəklənməsi.

Tələblər:

• Swift 3+ (Objective-C biliyi arzuolunandır ) istifadə edərək mobil tətbiqetmələrin yazılması üzrə ən azı 2 il iş təcrübəsi;
• Keyfiyyətli kodlaşdırma təcrübəsi;
• Müştəri-server tətbiqlərinin yazılması sahəsində təcrübə, REST, JSON işləmə prinsipləri barədə anlayış;
• Git ilə işləmə bacarığı, Git-Flow bilikləri;
• Peşəkar və sürətli inkişaf arzusu;
• Testlərin yazılma bacarığı arzuolunandır.
• Komandada işləmə təcrübəsi arzuolunandır.

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “iOS Developer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi