Satış meneceri (mağazaların idarə edilməsi üzrə)

  • Libraff
  • Elanın qoyulma tarixi: 07.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

- Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, qiymətləndirmək; gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
- İşçilər haqqında obyektiv rəy vermək;
- Şirkətin strategiyasına uyğun mağazalarda yeni standartlar və qaydalar müəyyən etmək;
- Aylıq satış planının mağazalar tərəfindən yerinə yetirilməsinə dəstək olmaq;
- Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlər görmək;
- Müştəri şikayətləri əsasında araşdırmalar aparmaq;
- Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək;
- Satışları artırmaq məqsədi ilə həyata keçirilən layihələri dəstəkləmək və təkliflər irəli sürmək.

Tələb olunan bilik və təcrübə:

- Mağaza və mağazalar şəbəkəsi idarəçiliyi sahəsində azı 3 illik iş təcrübəsi - mütləqdir;
- Müştərilərlə davranış qaydaları və satış texnikaları üzrə biliklər;
- Kitab və müəlliflər üzrə biliklər, trendlər haqqında məlumatlı olmaq;
- Kitab satışı sahəsində iş təcrübəsinin olması üstünlükdür;
- Azərbaycan dilini səlis, yaxşı səviyyədə rus və ingilis dili biliyi;
- Yaxşı səviyyədə Microsoft Office proqramları biliyi.

Tələb olunan bacarıqlar:

- Liderlik
- İdarəetmə bacarığı
- Ünsiyyət qurmaq bacarığı
- Təşkilatçılıq
- Satış bacarıqları

İş haqqında məlumat:

İş vaxtının böyük hissəsi mağazalarda olacaq
İş qrafiki – sürüşkən, həftəlik 40 saat

Vakansiya ilə maraqlanan namizədlərdən müraciətləri [email protected] email ünvanına göndərilməsi xahiş olunur.

QEYD: mövzu yerində vakansiyanın adı qeyd olunmayan müraciətlərə baxılmayacaq.

İşəgötürənin reytinqi