Təlim üzrə menecer (satış)

  • Embawood
  • Elanın qoyulma tarixi: 16.06.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

  

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 15 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.

Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.
Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

İş yeri  : Bakı, Azərbaycan
Vəzifə adı:Təlim üzrə menecer (satış)   
Iş qrafiki :
 5 günlük / saat 09:00 – 18:00

Işin təsviri :

Şirkət əməkdaşları üçün təlimlərin keçirilməsi;
Mövcud təlim proqramları üzərində işləmə və yeni təlim proqramlarının təşkili;
Təlimlərin keçirilməsindən əvvəl şirkət əməkdaşlarının səviyyələrinin yoxlanılması;
Təlimlərin keçirilməsindən sonra verilən məlumatlar haqqında bilgi səviyyələrinin yoxlanılması;
Təlim keçmiş şirkət əməkdaşlarının iş təcrübələrinin yoxlanılması;
Təlimlər haqqında hesabatların hazırlanması;
Təlim xidmətləri bazarının analiz edilməsi.
 

Tələblər:

 - Ali təhsil;
- Satış sahəsində iş təcrübəsi;
- Azərbaycan, Rus dillərini əla səviyyədə bilmək;
- "MS Office"-də işləmə bacarığı;
- Qrupla işləmə bacarığı;
- Özünü təqdim etmə və uğurlu ünsiyyət qurma bacarığı;
- Ezamiyyətə getmək.

Yaş həddi:             

25-45 yaş
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı ” Satış Təlimçisi “ qeyd edib bu ünvana göndərəsiniz  [email protected]


 

İşəgötürənin reytinqi