Satış üzrə Aparıcı Mütəxəssisi

  • PMD Group
  • Elanın qoyulma tarixi: 26.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İŞİN MƏQSƏDİ:

İŞ YERİ: PMD Bakı Ofisi

• Cavabdeh olduğu layihə və satış obyektləri barəsində ətraflı və dərin məlumata sahib olmaq;
• Özünün qarşısına qoyulan hədəfləri, o cümlədən dövri satış planlarını qəbul etmək, həyata keçirmək;
• Müştərini mülayim, xoş tərzdə və inamlı şəkildə qarşılamaq və qəbul etmək;
• Müştərini tanıdıcı materiallarla (kataloq, broşur, buklet, video) ətraflı şəkildə məlumatlandırmaq və obyektin faydalı cəhətlərini aydın, dəqiq və müştəridə əlavə maraq doğuran tərzdə təşviq etmək;
• Müştərilərin ehtiyaclarını müəyyən etmək və ehtiyacına cavab verən ən uyğun satış obyektlərini təklif etmək;
• Müştərinin istəyinə əsasən ziyarətə hazır olan satış obyektləri ilə müştərini canlı tanış etmək;
• Müştəriyə tam dolğun məlumat vermək və yalan məlumat verməmək;
• Satış obyektlərini müştəriyə tərifləmək və qəti şəkildə pisləməmək;
• Satış texnikalarından istifadə edərək müştəriləri cəlb etmək, məhsulun keyfiyyətli və uyğun olmasına pozitiv istiqamətdə inandırmaq və qəti şəkildə müştərilərin itirilməsinə yol verməmək və bu üzrə çalışmalar aparmaq;
• Satış prosesində digər şöbələrə aid işlərdə lazım gələrsə yardımçı olmaq və prosesi sürətləndirmək;
• Müştəri məmnuniyyətinə daima önəm vermək və işində rəhbər tutmaq;
• Müştərilərin narazılıqlarını operativ şəkildə araşdırmaq və müzakirələrin müvafiq yerlərində potensial həll yolları təklif etmək;
• Mümkün olduğu təqdirdə müştərilərin narazılıqlarını hər bir tərəfi qane edəcək şəkildə həll etmək;
• Sualları satışı təşviq edən və müştərinin etimadını doğruldan tərzdə cavablandırmaq;
• Razılaşdırılmış obyektin ümumi dəyərini dəqiq şəkildə hesablamaq və müştəriyə bildirmək;
• Satış şöbəsinin prosedur qaydalarına və qanunvericiliyin tələblərinə uyğun olaraq satışı tamamlamaq;
• Uyğun olmayan (problemi olan) satış obyekti müşahidə etdikdə dərhal rəhbərini məlumatlandırmaq;
• Satış zamanı satıcılarla alıcılar arasında hər hansı qaydalardan kənar anlaşmaların aparılmamasına riayət etmək, belə bir təhlükənin yaranmasını hiss etdikdə, bunun qarşısını almaq üçün birbaşa rəhbərini məlumatlandırmaq;
• Qəbul edilən və məlumat verilən bütün müştərilərin qeydiyyatını aparmaq və satış proseduruna əsasən təqib etmək;
• Gündəlik satış hesabatını hazırlamaq, rəhbərinə və müvafiq əməkdaşa təqdim etmək;
• Satış həcminin artması ilə əlaqəli mütəmadi bazar araşdırması aparmaq və rəhbərinə təkliflər vermək;

Bacarıqlar

- İşi düzgün təşkil etmə bacarğı və metodik yanaşma
- Öz təşəbbüslərindən istifadə etmək bacarığı
- İşin vaxtı vaxtında tamamlanması və təqdim olunması
- Güclü ünsiyyət bacarıqları
- Həvəs
- İşin peşəkar şəkildə təşkili və təqdim olunması

Bilik və tərcübə: 

• Ən azı 5 il müvafiq iş tərcübəsi
• İngilis, rus və Azərbaycan dillərini yüksək səviyyədə bilmək ( şifahi və yazılı)
• Müvafiq işə uyğun Bakalvr dərəcəsi
• Kompyuter bacarıqları
• Satış bacarığı;
• Satış texnikaları;
• Marketinq bilgiləri;

Çətinliklər

- Sınaq müddəti dövründə müəyyənləşdiriləcək

E-mail: [email protected]

İşəgötürənin reytinqi