Satış təmsilçisi (Ekspeditor)

  • Sirab ASC
  • Elanın qoyulma tarixi: 26.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas tələblər:

- Minimum təhsil dərəcəsi: Orta- ixtisas
- Kompüter bilikləri: MS Office – Başlanğıc səviyyədə;
- Dil bilikləri: Azərbaycan – Əla (Rus və ya ingilis dili biliyi üstünlükdür);
- Yaş həddi: 25– 35;
- Təcrübə: Sürətli İstehlak sektorunda (əsasən qida – içki) minimum 1 il satış təcrübəsi;
- Kişi namizədlər üçün B kateqoriyalı sürücülük vəsiqəsinin olması və şəxsi avtomobilin olması mütləqdir.
- Satış sahəsində kariyera qurmağı hədəf seçən;

Fərdi keyfiyyət göstəriciləri:

- Qərarlı, müştəri yönümlü, diqqətcil və rəqabəti bacaran;
- Komanda ilə işləmə bacarığı;
- Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
- Gərgin iş tempinə uyğunlaşa bilən;
- Planlaşdırma və problem həll etmə bacarığı;
- İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil və inandırmaq qabiliyyəti yüksək;

İş barədə:

- Firma ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul və xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq;
- Müəyyən edilən rut planı üzərində müştəri ziyarətləri edərək, büdcəsindəki hədəflər istiqamətində sifarişləri almaq;
- Sifariş zamanı ödəmə şəklini müəyyən edərək, ödənişləri əldə etmək;
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
- Yeni məhsulları tanıtmaq;
- Müştəriyə verilən qurğu və avadanlıqların (Stend, soyuducu və s. satış artırıcı avadanlıqlar) uyğun şəkildə istifadə edilməsini təmin etmək;
- Satış nöqtələrində məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim onlara nəzarət;
- Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək;
- Müştəri qalıq (stok) hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək.

Vəzifə üzrə əmək haqqı:

- Fix və Satışa görə bonus.

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Satış təmsilçisi (Ekspeditor)” yazmaqla [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Babək “Sirab” ASC haqqında:

“Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.

Daha ətraflı.. https://www.sirab.az/haqqinda.aspx

İşəgötürənin reytinqi