Baş mühasib

  • Elanın qoyulma tarixi: 26.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

• Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
• Vergi orqanları ilə yazışmalar
• Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
• E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.
• Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
• Gündəlik və aylıq hesabatların tərtib edilməsi
• Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
• E-portal proqramı ilə işləmək bacarığının olması.
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
• Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
• DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
• Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
• Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
• BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək

Namizədə tələblər:

• Ali təhsilli
• Vergi və mühasibat uçotunun tam sərtbəst şəkildə aparılması bacarığı
• Mühasibatlıq sahəsi üzrə bütün əhəmiyyətli məlumatlara sahib olma və bununla əlaqədar iş təcrübəsi
• B1-B3, Microsoft Office proqramlarını bilmək
• 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi
• e-gov.az, .e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
• Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
• Balansın çıxarılması üzrə biliklərə sahib olmalı

• İş qrafiki:
- Bazar ertəsi- Cümə: 9:00 - 18:00
- Şənbə günü: 9.00. – 14.00

CV-nizi şəkil ilə birlikdə [email protected] poçt ünvanına “Baş mühasib” başlığı altında ğöndərməyinizi xahiş olunur.