Logistika əməliyyatları üzrə analitik

  • ADY Express
  • Elanın qoyulma tarixi: 25.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

• İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatların hazırlanması;
• Yerli və xarici daşıma şirkətləri ilə istər müştəri, istərsə də partnyor qismində cəlb edilməsi məqsədilə danışıqlar aparmaq;
• Daşınma ilə əlaqədar hesabatların aparılması;
• Logistik əməliyyatların optimallaşdırılması;
• Cəmiyyət tərəfindən daşınılan yüklərin izlənilməsi;
• Hesabatlara uyğun yeni modernləşmə və analizlərin tətbiqi;
• Proqnoz və nəticələrin effektiv vizuallaşdırılması;
• Müştərilər tərəfindən göndərilən sorğunun operativ və dəqiq cavablandırılması;

Tələblər:

• Ali təhsil (universitetə giriş balı 500-dən yuxarı olanlara üstünlük veriləcək);
• Riyazi bilik, dəqiqlik, araşdırma qabiliyyəti, analitik və məntiqi düşüncə;
• Excel-i yüksək səviyyədə bilmək; Power BI proqram təminatında işləmə bacarığı; SQL proqramlaşma dili üstünlükdür;
• Tez mənimsəmə qabiliyyəti, öyrənmək və özünü inkişaf etdirməyə meyllilik;

Xahiş olunur CV-lərinizi 20 May 2021-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Logistika əməliyyatları üzrə analitik” qeyd etməklə [email protected] adresinə göndərəsiniz.

Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi