Keyfiyyətə Nəzarət üzrə inspektor

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 20.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

- Aid olduğu sahə üzrə məhsula dair keyfiyyət yoxlamalarını şərtnamələrə, müvafiq standartlara və daxili prosedurlara, təlimatlara əsasən icra etmək
- Yoxlama zamanı qeydlər aparmaq
- Qeydlər apararkən yalnız KİS tərəfindən təsdiqlənmiş formalardan istifadə etmək
- İstifadə etdiyi ölçü avadanlıqlarını Briqadir, Keyfiyyətə Nəzarət Şöbə rəisirəhbəri tərəfindən lazım bilinərsə kalibrasiya etmək və kalibrasiya qeydlərini tutmaq
- Tutulmuş qeydləri təhlükəsiz yerdə saxlamaq
- İş ərzində müşahidə edilən uyğunsuzluqları vaxtında keyfiyyət nəzarət mühəndisinə bildirmək
- Keyfiyyətin yaxşılaşdırılması üçün olan yığıncaqlarda və təlimlərdə aktiv şəkildə iştirak edir

Namizədə tələblər:

- Metallurgiya və ya Sənaye sahəsi üzrə ali təhsil.
- İşçinin Sumqayıt şəhərində və ya Sumqayıt şəhərinə yaxın ərazidə qalması arzu olunandır.

Tələblərə uyğun gələn namizədlər CV-lərini “Keyfiyyətə Nəzarət üzrə inspektor” başlığı altında [email protected] ünvanına göndərmələri xahiş olunur.

Əlaqədar şəxs: Səidə Ağayeva / Whatsapp: 050-268-45-95