Baş mühasib

  • Company
  • Elanın qoyulma tarixi: 14.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının dəqiq uçotunu təşkil etmək;
- Vergi (ƏDV, ÖMV, Mənfəət, Sadələşdirilmiş, Gəlir, Əmlak,Mədən), DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
- Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
- Əmək haqqı hesablanmasına nəzarət etmək, onun yoxlanılmasını və ödənişlərini icra etmək;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi;
- Təhtəlhesab, balans, avans hesabatının aparılmasını tərtib edilməsi;
- Debitor və kreditor borclara nəzarət;
- Daxili mühasibatlıq sistemində yerli və xarici köçürmələrin icrasına nəzarət;
- Ciddi hesabat blanklarının fasiləsiz tətbiqinə nəzarət;
- Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar;
- Şəxsi Vərəqədə yarana biləcək risklərə nəzarət.
- Xəstəlik vərəqləri , məzuniyyət ezamiyyələr nəzarət etməli.

Tələblər:

- Ali İqtisadi təhsil ( Maliyyə , Mühasibat uçotu və audit )
- Yaş aralıqı : 30 – 50 yaş.
- Sahə üzrə min. 5 il iş təcrübəsi;
- Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər;
- Vergi Məcəlləsi üzrə mükəmməl biliklər və Əmək Məcəlləsini, Nazirlər Kabinetinin qərarlarını bilməli;
- MS Office (xüsusilə Excel);
- 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmək bacarığı;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
- İstehsalatda iş təcübəsi olmalı;

Təminatlar:

- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 6 günlük iş qrafiki;
- Korporativ mobil nömrə.

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] mail ünvanına mövzu hissəsinə “ Baş mühasib” qeyd edərək göndərə bilərsiniz.