Korporativ satış təmsilçisi

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Yeni korporativ müştərilərin axtarışı və əməkdaşlığa cəlb edilməsi;
• Potensial korporativ müştərilərlə görüşlərin keçirilməsi və təkliflərin hazırlanması;
• Görülmüş işlər barədə rəhbərliyə aylıq hesabatların təqdim edilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• İş təcrübəsi: Satış sahəsində 2 illik iş təcrübəsi (Bank sektorunda əməliyyat və kredit sahəsi üzrə təcrübəsi olanlara üstünlük verilir);
• Dil bilikləri: Azərbaycan dili (əla), İngilis və ya Rus dili bilikləri arzuolunandır;
• MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Satış etmək, danışıqlar aparmaq, müştəri bazası toplamaq bacarığı;
• Hesabatlılığın aparılması bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşma.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 aprel 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Korporativ satış təmsilçisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi