Təchizat Mütəxəssisi

İşin təsviri

ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

• Təchizat əməliyyatıarın idarəolunmasının təmin olunması.
• Təchizat şöbəsində şirkətin bütün siyasətləri, prosedurları və standartlarına riayət etmək
• Tədarük prosesində ən sərfəli qiymətləri əldə etmək üçün rəqabətə davamlı kommersiya təklifləri əldə etmək.
• Malların müəssisələr çərçivəsində hərəkətinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək məqsədilə daxili nəzarət siyasətləri və prosedurlarını yerinə yetirmək
• Müəssisələrdə , Baş aşpaz, İaşə şöbəsinin Menecer və Rəhbərləri ilə birgə fəaliyyət göstərərək qida və içki məmulatları üçün tədarük spesifikasiyalarını tərtib etmək.
• Müəssisədə fəaliyyət göstərən hər bir şöbənin tələblərə, habelə müəyyən edilmiş standartlara müvafiq olaraq ən sərfəli qiymətlərlə mal və xidmətləri əldə etməsini təmin etmək.
• Tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsinin təşkil edilməsi;
• Fəaliyyət sahəsində bütün sənədlərin düzgün tərtibi və onların saxlanılması.

TƏLƏB OLUNAN BACARIQLAR

• Təşkilatçılıq, planlama və çoxşaxəli işlərin öhdəsindən gəlmə bacarıqları
• İnformasiya toplama və məlumatların monitorinq edilməsi bacarıqları
• Problemlərin təhlili və onları həlletmə bacarıqları
• Təşəbbüskar
• Peşəkarlıq və məxfilik
• Detallar və dəqiqliyə diqqət
• Çeviklik

BİLİK VƏ TƏCRÜBƏ:

• Satınalma və satınalma texnikası üzrə biliklər
• Qərar vermə qabiləyyəti
• Danişıq və kommunikasiya qurma qabiləyyəti
• Məlumat toplamaq və təhlil etmək təcrübəsi

E-mail: [email protected]

Amburan Beach Club tərəfindən digər vakansiyalar