Rəqəmsal bank məhsulları üzrə analitik

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Web tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
• Web tətbiqlərin funksional testi (front-end və back-end);
• Web tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
• Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
• Layihə və texniki sənədlərlə işin aparılması.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• İş təcrübəsi: texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında Web tətbiqinin hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;
• Bank məhsulları haqqında biliklər;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili arzuolunandır;
• Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
• Fikrini düzgün və dolğun çatdırmaq bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 aprel 2021-ci il tarixinədək email-in mövzu hissəsində “Rəqəmsal bank məhsulları üzrə analitik” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi