İnformasiya təhlükəsizlik sistemləri üzrə baş mütəxəssis

İşin təsviri

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

• İT sistemlərinin daimi monitorinqi;
• Problemlərin aşkarlanması və analiz olunması;
• Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı bir sıra işçi qruplarının məlumatlandırılması;
• Mövcud servislərin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi;
• Əməliyyat sistemlərinin və konfiqurasiya fayllarının mütəmadi ehtiyata alınması;
• Xüsusi sistem icazələrinin verilməsi və qeydiyyatının aparılması.

Bizim üçün uyğun namizəd:

• Ali təhsilli;
• Sahə üzrə minimum 2 il iş təcrübəli;
• Windows Server 2012/2019 qurulması, sazlanması üzrə təcrübəyə malik;
• OS Linux üzrə təcrübəli;
• VMWare, Hyper-V sistemlərinin inzibatçılığı üzrə təcrübəyə sahib;
• Active Directory, DNS, WSUS, DHCP üzrə təcrübəli;
• Şəbəkə texnologiyaları barədə məlumatlı;
• Endpoint Security, GPO üzrə biliklərə sahib;
• İnformasiya təhlükəsizliyinin təminatı vasitələri barədə bilikli;
• Təhlükəsizlik təhdidləri və riskləri barədə məlumatlı;
• Microsoft (MCSA), Red Hat (RHCSA), CEH, CISSP, CISA, CISM üzrə sertifikatlara sahib (üstünlükdür);
• Yüksək səviyyədə Azərbaycan, İngilis dili biliyinə malik, Rus dili arzuolunandır.