Maliyyəçi-mühasib

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Dəmir yolları, beynəxlaq daşıma əməliyyatlarından, logistika sahəsində vergi güzəşti və cərimələrdən məlumatlı olmaq;
• 1C sistemində işləmək;
• Məktubların yazılması və cavablandırıması;
• Kameral yoxlamanın icrası;
• Hesab-fakturaların kəsilməsi, əmək haqqı hesablanması, məzuniyyət, ezamiyyət rəsmiləşdirilməsi;
• Debitorlar və kreditorlar üzrə analitik uçotun aparılması,
• E-qaimələrin yazılması, müştərilələrlə üzləşmə aktların hazırlanması;
• Kassa əməliyyatlarının aparılması;
• Vergi, statistika və DSMF hesabatların hazırlanması və göndərilməsi;
• E-gov.az və e-taxes.gov.az da müvafiq sənədləri işləmək;
• Bank Əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması, arşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Aylıq hesablama metodu ilə rəhbərliyə hesabatların təqdim edilməsi (balans, nağd pul vəsaitlərinin hərəkəti, mənfəət zərər, yaşlanmış debitorlar);
• Əmək haqqı 1200 AZN-dir.

Namizədə qarşı tələblər:

• Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit və s.);
• Logistika sahəsində 3-5 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri (əla);
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
• E-gov.az və e-taxes.gov.az da işləmək bacarığı;
• Kompüter bilikləri: MS Office (Word, Excel, Outlook) proqramlarını yaxşı səviyyədə bilmək;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
• Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
• Yaş həddi: 25-50 yaş.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 14 aprel 2021-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyəçi-mühasib” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.