Sistem adminstratoru

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 31.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

• Cəmiyyət üzrə mövcud informasiya sistemlərinin dəstəklənməsi və onların təkmilləşdirilməsi sahəsində tədbirlər həyata keçirtmək;
• Şöbənin iş planı və fəaliyyəti ilə bağlı dövri hesabatların hazırlanmasında iştirak etmək;
• Cəmiyyətin struktur vahidlərində ehtiyac olan İKT üzrə infrastruktur xidmətlərinin həyata keçirilməsini və vahid proqram təminatının işini təşkil etmək;
• Cəmiyyətin elektron informasiya təminatının həyata keçirilməsinə dair işləri icra etmək və həmçinin elektron poçtun işini təmin etmək;
• İnformasiya təhlükəsizliyinin təmin olunması üçün zəruri işləri icra etmək, bu sahələrdə riskləri müəyyən etmək və qiymətləndirmək və mütəmadi olaraq monitorinqlər həyata keçirmək;
• Son istifadəçi sistemlərinin nasazlığı və istifadəçi şikayətlərini təqib etmək, texniki xidmət/təmir/quraşdırma işlərini idarə etmək, lazım olduqda istifadəçilərə proqram dəstəyi vermək;
• Cəmiyyətin fəaliyyət istiqamətlərinə aid olmayan və mövcud olan informasiya sisteminə və proqram təminatına təhlükə yaradan zərərverici proqramların yaranma mənbəyini araşdırmaq və nəticəsindən asılı olaraq texniki nasazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görmək;
• İKT infrastrukturunun təkmilləşdirilməsi məqsədilə lazımi İT sistemlərin qurulması və daima işlək vəziyyətdə saxlanmasını təmin etmək;
• Yeni avtomatlaşdırılmış sistemlər haqqında informasiya əldə edilməsi və bu sistemlərin tətbiq planının hazırlanmasını təmin etmək;
• Məlumat təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsi və idarə edilməsini təmin etmək;
• Məlumat təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçirmək;
• Serverlərin və məlumatların arxivləşdirilməsini və işlək vəziyyətdə olmasını təmin etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, ünsiyyət, şəxsi və peşəkar inkişaf;
• Virtuallaşma texnologiyaları ilə işləmə bacarığı
• Microsoft texnologiyaları ilə iş təcrübəsi (Windows 7,8,10; Windows Server; Active Directory; Group Policy; DHCP; DNS)
• Antivirus sistemləri ilə işləmə bacarığı
• Firewall sistemləri ilə iş təcrübəsi
• Email server və fayl server ilə iş təcrübəsi
• Linux əməliyyat sistemi üzrə təməl biliklər arzuolunandır
• Cisco şəbəkə avadanlıqları ilə işləmə bacarığı arzuolunandır
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Texniki ixtisaslar üzrə ali təhsil
• Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi