Tədbir təşkilatçılığı üzrə menecer

  • Dreamland Baku
  • Elanın qoyulma tarixi: 31.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

- Yaş həddi 35 – 40 yaş;
- Komandada işləmək bacarığı;
- İngilis və Rus dil bilgisi;
- Restoran sahəsində ən azı 5 il iş təcrübəsi.

İş haqqında məlumat:

- Qəbul edilən tədbirlərin (toy, nişan,ad günü və s. məclisləri) açılışı, işləyişi və bağlanışını daima təşkil etmək;
- Tədbirlərin müvəffəqiyyətini artırmaq üçün təkliflər hazırlamaq;
- Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün lazımı büdcələri hazırlamaq və üst rəhbər ilə bölüşmək;
- Tədbirlərin idarə edilməsi üçün KPI və marketinq üsulları haqqında bilgilərdən istifadə etməlidir;
- Müştərilərlə görkəmli ünsiyyət və danışıq bacarığı olmalıdır;
- Müştərilər ilə xidmət orientasiyasını təşkil etməlidir;
- Çap, yayım və onlayn mediada yüksək səviyyəli yerləşdirmələr axtaran media əlaqələri strategiyasını qurmalıdır;
- Tədbir üçün təşviqat fəaliyyətinə rəhbərlik etməlidir;
- Media sorğusunu və müsahibə istəklərini idarə etməlidir;
- Hər zaman maksimum müştəri məmnuniyyətini təmin etməlidir;
- Tədbirlər üçün lazım olacaq mövcud avadanlıq tutumunu nəzarət altından saxlamaq ve daima kontrol etmək;
- Kamandasında işləyən işçilərə Event standartlarıni izah edərək tətbiq etmək;
- İşçilərin həftəlik iş qrafikini hazırlamaq;
- Əlavə satış üçün işçiləri məlumatlandırmaq və həvəsləndirmək.

İş rejimi və qaydası:

- Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi;
- Uniforma, gigiyena qaydaları və pandemi qaydalarına tam riayət etmək;
- Nahar yeməyi şirkət tərəfindən təmin edilir;
- AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “ Tədbir təşkilatçılığı üzrə menecer” qeyd olunmalıdır) göndərə bilərlər.

Dreamland Baku tərəfindən digər vakansiyalar