Anbar Logistikası üzrə şöbə rəhbəri

İşin təsviri

İş barədə məlumat

• Şirkətin mərkəzi anbarında və filiallarında səmərəli təchizat zəncirinin qurulmasını təmin edir;
• Anbar logistikası üçün xərclərin qiymətləndirilməsini və təhlilini aparır.Büdcə idarəetməsi və logistika xərclərinin optimallaşdırılmasını, logistika prosesləri ilə əlaqəli maliyyə axınlarının koordinasiyasını və istiqamətini müəyyənləşdirilməsini həyata keçirir;
• Anbarların dövriyyəsinə və anbar tutumuna ehtiyacın müəyyənləşdirilməsinə nəzarət edir;
• Anbarlarda işçilərin məhsuldarlığına nəzarət və onun artırılması üçün qərarların təhlil edilməsində iştirak edir;
• Yeni logistika texnologiyalarının layihələndirilməsi və təhlilini, həmçinin mövcud logistika sistemlərinin optimallaşdırılmasını həyata keçirir;
• Anbar logistikası üçün metodoloji və tənzimləyici materialların hazırlanması və tətbiqini həyata keçirir, funksiyaların və əməliyyatlarının təyin edilməsinə, hazırlanmış metodiki və tənzimləyici materialların tədbiqinə nəzarət edir.

Tələb olunan bilik və bacarıqlar:

• Ali təhsil (İqtisadi,texniki)
• İnzibati Anbar Logistikası sahəsində minimum 3 il iş təcrübəsi. Anbar avtomatlaşdırma layihələrində iştirak və Anbar idarəçiliyi üzrə təcrübə.
• Dil bilikləri: Azərbaycan – əla, Rus dili - əla
• Ofis proqramlarında, xüsusi ilə yüksək Excel və Power Point bilikləri;
• Peşə bacarıqları:
 o Təşkilatçılıq və İdarəetmə;
 o Yüksək analitik və riyazi bacarıqlar;
 o Logistika sisteminin fəaliyyətini qiymətləndirmək üçün massiv göstəriciləri təyin etmək bacarığı;
 o Sistemli yanaşma, strateji və taktiki iş planlama bacarığı;
 o Logistik biznes-prosesləri, anbar prosedurları və texnologiyaları üzrə biliklər;
 o Biznes danışıqları aparma bacarığı;
 o İş analizi və xidməti fəaliyyətin qiymətləndirilməsi bacarığı;
 o Logistik proseslərlə bağlı büdcə idarəedilməsi və xərc analizi bacarığı.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 29.04.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Anbar Logistikası üzrə şöbə rəhbəri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi