Regional baş nəqliyyat mexaniki

İşin təsviri

Vəzifə funksiyaları

1. “MKT-İK” MMC-nin Regionlarda yerləşən filialların nəqliyyat şöbəsinə rəhbərlik edir;
2. Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini təmin edir, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin olunmasına nəzarət edir;
3. Rəhbərlik etdiyi bölgədə kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin təmiri üçün lazım olan ehtiyyat hissələrini bölgüsünü həyata keçirir;
4. Mexanizasiya idarəsi tərəfindən tətbiq edilən bütün daxili təlimatların, prosedurların və normativ aktların yerlərdə icra edilməsini təmin edir və sonrakı dövrlərdə bu işə nəzarət edir;
5. Bölgə üzrə mexanizatorların, kənd təsərrüfatı texnikasının,qoşqu və aqreqatların iş yükünə görə bölgüsünü həyata keçirir;
6. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsinə texniki nəzarəti təşkil edir;
7. Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir;
8. Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir;
9. Təmir işlərinin ardıcıllığını planlaşdırır;

Tələblər

• Müvafiq sahədə ali təhsil;
• Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını və təmir metodlarını bilməlidir;
• Müvafiq sahədə 5 illik iş təcrübəsi;
• Əməyin mühafizəsi,təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir;
• Regionlarda işləyə bilmək.

Müraciət qaydaları: CV –ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Regional baş nəqliyyat mexaniki” yazmaqla müraciət edilir.

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar