İnzibati İşlər Departamentinin Referent-köməkçisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Baş Direktorun işgüzar görüş/iclaslarını planlamaq və koordinasiya etmək;
• Daxili və xarici sənəd dövriyyəsini təşkil etmək, sənədləri imzaya təqdim etmək və qeydiyyatını aparmaq;
• Rəhbərliyin tapşırığı əsasında müxtəlif məsələlərin araşdırılması, icrasının təqib edilməsi və statusu barədə məlumatın verilməsi;
• Rəhbərliyin işgüzar səfərlərinin təşkili ilə bağlı bütün inzibati tədbirlərin görülməsi;
• Rəhbərliyin istifadəsi üçün tələb olunan ofis ləvazimatlarının müntəzəm sifarişi və ehtiyatının saxlanılması.

Tələb olunan göstəricilər:

• Ali təhsil;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyətqurma bacarığı;
• Yüksək təşkilatçılıq qabiliyyəti, detallara qarşı diqqətlilik və işi tamamlamaq bacarığı;
• Operativ qərarvermə və problem həlletmə qabiliyyəti;
• Peşəkarlıq və məxfilik prinsiplərinə ciddi əməletmə vərdişləri;
• Microsoft Office proqramlarından yaxşı istifadə qabiliyyəti;
• Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
• Sahə üzrə ən azı 1 (bir) illik iş təcrübəsi.

İş şəraiti barədə məlumat:

• İş rejimi: həftənin I – V günləri saat 9:00-dan 18:00-dək.
• İş yeri: Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 11B (Dərnəgül Yolu, Çermet körpüsünün yanı)

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Referent – köməkçi”, qeyd etməklə CV formalarını [email protected] mail ünvanına göndərə bilərlər.

AS Group Investment LLC tərəfindən digər vakansiyalar