Mühafizəçi

  • Group Motors
  • Elanın qoyulma tarixi: 17.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliklər:

• Mühafizə olunan obyektləri qorumaq;
• Mühafizə fəaliyyətini icra edən zaman ayıq-sayıq olmaq və fasilələrə yol verməmək;
• Mühafizə olunan obyektə gətirilən və ya obyektdən çıxarılan məhsul, material, əmlak və xammala dair müvafiq sənədləri tələb etmək, yoxlamaq və təsdiq etmək;
• Mühafizə olunan obyektlərdə texniki vasitələrdən yalnız mühafizə olunan obyektlərin mülkiyyətçilərinin və ya hüquqi şəxsin müvafiq vəzifəli şəxslərinin yazılı razılığına əsasən istifadə etmək;
• Müəssisəyə məxsus olan əmtəə-maddi dəyərlərin oğurlanması haqqında məlumatların mövcudluğu zamanı müəssisə rəhbərliyinin göstərişlərinə uyğun olaraq müvafiq icra orqanlarına xəbər vermək;
• Mühafizə olunan obyektlərdə buraxılış və obyektdaxili rejimləri təmin etmək;
• Bütün işçilərin və qonaqların təhlükəsizlik tələblərinə riayət etmələrini təmin etmək;
• Əməkdaşların və ya qonaqların sənədlərinin qaydasında olmasını yoxlamaq;
• Uyğunsuzluqlar müşahidə edildiyi halda müvafiq icra orqanlarına məlumat vermək;
• Mühafizə olunan obyektlərdə xüsusi mühafizə və təhlükəsizlik vasitələrini tətbiq etmək:
• Zəruri halda və hüquqi təlimatlara uyğun olaraq fiziki qüvvə və xüsusi mühafizə vasitələrindən istifadə etmək;
• Özəl mühafizə fəaliyyətini həyata keçirərkən texniki və digər vasitələrdən istifadə zamanı insanların hüquq və azadlıqlarını pozmamaq, onların həyatına, sağlamlığına, habelə ətraf mühitə zərər vurmamaq;
• Hüquqa zidd hərəkət və ya hadisələrin qarşısını almaq:
• Mühafizə olunan obyektlərə münasibətdə hüquq pozuntusu baş verdikdə onun baş vermə vaxtı, yeri, halları, hüquq pozuntusu törədən şəxsin saxlanması, fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiq edilməsi zərurətini əsaslandırmaq;
• Mühafizə olunan obyektlərdə hüquqa zidd hərəkətlər törətmiş şəxslər mühafizəçinin qanuni tələblərinə tabe olmadıqları və ya fiziki qüvvə işlətdikləri hallarda həmin şəxsləri fiziki qüvvə tətbiq etməklə hadisə yerində saxlamaq və dərhal müvafiq icra hakimiyyəti orqanına təhvil vermək;
• Xidməti növbəni qəbul edərkən aşağıdakı avadanlıqların mövcudluğunu və işləməsini yoxlamaq: fənər, projektor, lampalar və başqa işıqlandırma sistemləri, yanğınsöndürmə vasitələri;
• Mühafizə və yanğından mühafizə sistemlərinin işlərinə nəzarət etməli, həyacan siqnallarına dərhal reaksiya verməli;
• Növbə qəbul edən zaman növbəli təhvil verən əməkdaşla ərazini yoxlamalı, bütün plombların və qıfılların, həmçinin ərazidə olan əmlakın mövcudluğunu yoxlamaq.;
• Müəssisənin ərazisində qurulmuş buraxılış rejiminin icrasını təmin etmək, əraziyə icazəsi olmayan şəxslərin daxil olmasına icazə verməmək;
• Maddi cavabdeh olan əməkdaşlara nəzarət etmək, ərazidən icazəsiz əmlakın çıxarılmasına və ya gətirilməsinə icazə verməmək ;
• Əraziyə kənar şəxs gələn zaman, onların gəlmə məqsədlərini bilib və tələb olunarsa şəxsiyyəti təsdiq edən sənədin əsasında buraxılış vermək;
• Rabitə vasitələrindən istifadə edərkən efiri zibilləməməli, məlumatı qısa və aydın çatdırmaq;
• Təsdiq edilmiş qrafikə uyğun olaraq ərazini müntəzəm olaraq dolanmalıdır;
• Abar, bina, otaqların yarılmasını aşkar etdikdə, plombların olmamasının və bütövlüyünün pozulmasını görəndə dərhal Təhlükəsizlik xidmətinin rəisinə məlumat vermək və məsul şəxslər gələnə qədər həmin obyekti mühafizə etmək;
• Yanğın baş verdiyi anda dərhal yanğından mühafizə xidmətinin əməkdaşlarını çağırmalı, xidmət rəisinə məlumat verməli və təhlükəsizlik texnikası qaydalarına riayət etmək, şəxsi heyətini təxliyyə olunmasını təmin etmək;
• Postu tərk edərkən ( dövrələmədə olan zaman) otağın bağlamalı;
• Avtomobil stokunun açarlarına nəzarət etməli, yeni avtomobil gəldikdə açarları təhvil almalı müvafiq jurnalda qeydiyyat aparmalı;
• Növbəni təhvil təslim edərkən lazımı qeydlərini Növbə Hesabatı jurnalında aparmalı, uyğunsuzluq olarsa dərhal Təhlükəsizlik Xidməti Rəisinə məlumat verməli;
• Müəssisədən çıxan hər hansı əmlakın buraxılışında TXR-nə məlumat vermək icazə aldıqda AKT əsasında təhvil verilməsini təmin etmək;
• Məxviliyin saxlanılması və məlumatı başqa şəxslərə ötürülməməsi;
• Xidməti avtomobillərin ərazidə olub olmadığını daima bilməli;
• Növbədə olarkən hər hansı avtomobil gəldikdə təhvil-təslim aktı əsasında qəbul etməli;
• Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.

Namizədlərə tələblər:

• Yaş: 20-40;
• Orta təhsil;
• Təhlükəsizlik sahəsində minimum 1 il iş təcrübəsi;
• İdmanla məşğul olmalıdır;
• Fəal, məsuliyyətli və işə planlı yanaşma bacarığı.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə " Mühafizəçi " qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.