Rəqəmsal Bankçılıq şöbəsində Mobil proqram üzrə baş tərtibatçı (Android)

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 14.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

Vəzifə öhdəlikləri:

- Mobil platformaların hazırlanması və modifikasiyası;
- Mobil bank və informasiya sistemləri üçün layihə müşayəti;
- Test tapşırıqların hazırlanması və testlərdə iştirak;
- Layihələrin icrası prosesində yaranan problemlərin vaxtında həll edilməsi;
- Mobil bankinqin iş qabiliyyətinin monitorinqi və dəstəklənməsi.

Tələblər:

- Android (Kotlin) platforması istifadə edərək mobil tətbiqetmələrin yazılması üzrə ən azı 2 il iş təcrübəsi (Gradle və ya Android Studio bilikləri-şirkətdə istifadə);
- Keyfiyyətli kodlaşdırma təcrübəsi;
- Müştəri-server tətbiqlərinin yazılması sahəsində təcrübə, REST, JSON işləmə prinsipləri barədə anlayış;
- Android SDK (API lvl > 14 tam biliklər, API levels (19, 21, 23, 26) müxtəlifliyini anlama bacarığı;
- MVP, Clean və digər müasir strukturları anlama bacarığı;
- Android application architecture, Android Memory Management bilikləri;
- HTTP/ TCP/ UDP, Multithreading & Concurrency, RxJava, Dagger 2 bilikləri;
- Git ilə işləmə bacarığı, Git-Flow bilikləri;
- Peşəkar və sürətli inkişaf arzusu;
- Testlərin yazılma bacarığı arzuolunandır (JUnit, Espresso)
- Komandada işləmə təcrübəsi arzuolunandır.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Android Developer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

İşəgötürənin reytinqi