Satış mütəxəssisi

İşin təsviri

Namizəddən tələblər:

1. Ali təhsilli olmalı;
2. 22-30 yaş aralığında xanım namizədlər;
3. Satış sahədə ən azı 2 il iş təcrübəsi;
4. MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı. (Xüsusi ilə excel bilikləri önəmlidir);
5. Datalarla işləmək bacarığı;
6. Rus dilini səlis ünsiyyət səviyyəsində bilmək zəruridir, ingilis dili biliyi arzuolunandır;
7. Ünsiyyətcil, müştəri yönümlü, məsuliyyətli, punktual olmalıdır;
8. Yüksək səviyyəli ünsiyyət və müştərini inandıra bilmə bacarığı.

Vəzifə öhdəlikləri:

1. Müştəri bazasının formalaşdırılması;
2. Telefon zənglərinin edilməsi və müştəriləri xidmətlər haqda ətraflı məlumatlarla təmin emək;
3. Müştərilərlə əlaqələrin idarə olunması;
4. Şirkətin sosial şəbəkələrində müştərilərlə ünsiyyətin yüksək səviyyədə təmin olunması;
5. Satışdan sonra müştərilərlə əlaqələrin tənzimlənməsi;
6. Şirkətin satış həcminin artırılmasına dəstək götərmək;
7. Görülmüş işlər haqda hesabatların hazırlanması.

İş haqda məlumat:

1. İş qrafiki saat 10:00-dan 19:00-dək;
2. Əmək haqqı (400-500 azn + satışdan bonus).
3. Şirkət daxilində təlimlərdə iştirak və inkişaf etmə imkanı;
4. AR Əmək Məcəlləsinə uyğun rəsmi iş;

Tələblərə cavab verən namizədlərin CV-lərini [email protected] elektron ünvanına “Satış Mütəxəssisi” başlığı altında göndərmələri xahiş olunur. Müsahibəyə yalnız seçilmiş namizədlər dəvət olunacaq.