Risklərin idarə edilməsi departamentinin direktor müavini

  • TuranBank ASC
  • Elanın qoyulma tarixi: 11.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

• Ali iqtisadi (maliyyə, uçot, audit, biznes və s.) təhsilin olması. Xüsusi sertifikatı (GARP, IRM, CFA, CPA, CIA və s.) olanlara üstünlük verilir;
• Ən azı 2 (iki) il bank və ya kredit təşkilatında rəhbərlik təcrübəsi;
• Rus və İngilis dillərində yazma, oxuma və danışma bacarığı;
• Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı;
• Makro və mikro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
• İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı;
• Liderlik və işçi heyətini idarəetmə bacarığı;
• Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;
• MS Office proqramlarında işləyə bilmək qabiliyyəti.

Vəzifə öhdəlikləri:

• Bankın strategiyasının hazırlanmasında iştirak edir, rəhbərlik etdiyi sahələr üzrə fəaliyyət planlarının icrasını təmin etmək;
• Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti həyata keçirmək;
• Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, onları qiymətləndirmək;
• Beynəlxalq praktika və yerli qanunvericiliyə əsasən Bankın risk strategiyasını, risk siyasətini və risk xəritəsini hazırlamaq, müasir risklərin idarə olunması sisteminin yaradılmasını təmin etmək;
• Bankın risklərinin müəyyənləşdirilməsi (tanınması), qiymətləndirilməsi (təhlili) və onlara nəzarət mexanizmlərinin qurulması üzrə metodologiyanın hazırlanmasına dəstək vermək;
• RİED-in fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək.

Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “RİED direktor müavini” yazmağı unutmayın.

İşəgötürənin reytinqi