Mədən mühəndisi

  • AzMiCon MMC
  • Elanın qoyulma tarixi: 10.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri

• Bütün mədən hasilatının dağ-mədən, dəlmə-qazma, dağ, buruq, partlama və.s istehsal bazasında toplanması və idarə olunması.
• İstehsal hədəfinə nail olmaq məqsədi ilə, faktiki hesabatın hazırlanması və analiz olunması.
• Gündəlik, həftəlik və aylıq vaxt ərzində qısa mədən planlarının hazırlanması və bu planların həyata keçirilməsi üçün avadanlıq tələbatı ilə yanaşı, qazma, dəlmə və partlayış planı, dəmir filiz mədən nəzarət planının hazırlanması.
• Dağ-mədən dizayn ,dağ-mədən, geotexniki mülahizələr, daxili və xarici yolların tətbiqi, və infrastruktur məhdudiyyətləri əsasında dizaynın işlərinin görülməsi.
• Xəritəalma vərdişlərinə sahib olmaq (GPS-dən sərbəst istifadə etmək);
• Azərbaycan və ətraf regionun geoloji quruluşu haqqında biliklər;
• Dəmir filiz mədən yataqlarının sənaye-genetik tipləri haqqında ətraflı biliklər;
• Çöl şəraitində yerinə yetirdiyi işlər haqqında müfəssəl hesabat tərtib etmək vərdişi;
• Zəmanət təmirinin və zəmanət vaxtınından sonra təmirin təşkil edilməsi;
• Yaranan texniki problemlərin həll edilməsi;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, aktivlik, çeviklik və məsuliyyətlilik,

Tələblər:

∙ Ali təhsil (Mühəndislik)
∙ Azərbaycan dili əla, rus və ingilis dilləri (orta səviyyədə)
∙ Minimum 5 il təcrübə
∙ Komputer və elektronika bilgilərinə orta səviyyədə malik olması
∙ Avadanlıqla işləmək üçün əl qabiliyyəti olsun
∙ Ezamiyyət imkanı olsun
∙ Kollektivlə işləmə
∙ Yaş həddi: 25 – 45

İş şərtləri:

∙ Həftə içi 6 gün : 08:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
∙ İstirahət günləri – bazar günləri
∙ Əmək haqqı – başlanğıc 800-1200 (net) AZN

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Mədən-mühəndisi” qeyd edəsiniz.