Anbar şöbəsinin müdiri

  • AzMiCon MMC
  • Elanın qoyulma tarixi: 30.10.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri

  • Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
  • Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
  • Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq;
  • Anbardan malları yalnız cəmiyyət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
  • Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək;
  • Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə - boşaltma işlərini təşkil etmək;
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
  • Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
  • Anbar təsərrüfatının işinin effektivliyinin artırılması, malların daşınma və saxlanılması xərclərinin azaldılması üzrə tədbirlərin inkişafı/yaradılması və həyata keçirilməsində, Anbar təsərrüfatının təşkilinə müasir hesablama texnika, kommunkasiya və rabitə vasitələrinin tədbiqində iştirak etmək;
  • Sahəni tələb olunan mal, yanacaq və sürtkü material ilə təmin etmək, saxlanılması, sərfiyyatına nəzarəti təmin etmək və sərfiyyata dair hesabat vermək;
  • Anbara giriş və çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını təşkil və nəzarət etmək;
  • Şirkətin keyfiyyət siyasət və hədəfləri istiqamətində işləmək.
  • Anbarı nizamlamalı və təmiz olmasını təmin etməli.
  • Anbarda iş təhlükəsizliyi, yanğın təhlükəsizliyi, oğurluq və təbii fəlakətlər kimi faktorlar mövzusunda alınan tədbirlərə riayət etməli.
  • Anbardakı malları gündəlik, haftəlik, aylıq sayılması.
  • Anbarda olan malları invertar nömrəsi ilə nömrələnməsini.
  • Gündəlik qaimə və qəbzlərin işlənməsi və loqo proqramında kompyutərə köçürülməsi
  • Hər ayın sonu yekun məbləğin çıxarılması və bu məbləğin preseller, departament müdiri tərəfindən təsdiq olunması.
  • Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək.
  • Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək.

Tələblər:

  • Ali təhsil (Bakalavr)
  • Minimum 3 il təcrübə (bəy namizəd
  • Nəqliyyat sahəsində təcrübə, Ehtiyyat hissələri barədə anlayış
  • Kompüter bilikləri: MS Office, 1C , Ezamiyyət imkanı olsun Kollektivlə işləmə
  • Yaş həddi: 25 – 40

İş şərtləri:

  • Həftə içi 6 gün : 08:00 - 17:00-dək, Nahar/Nəqliyyat şirkət tərəfindən təmin olunur. (nahar vaxtı saat 13:00-14:00)
  • İstirahət günləri – bazar günləri
  • İş yeri: Ümid qəsəbəsi, Qaradağ rayonu, Salyan şossesi, Səngərqaya 1 yolunun,7-ci mk-i

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi e-mail elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Anbar şöbəsinin müdiri” qeyd edəsiniz.