Keyfiyyətə nəzarət meneceri

  • AzMiCon MMC
  • Elanın qoyulma tarixi: 19.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

  • Layihə üçün alınan bütün materialların/avadanlığın təsdiq edilmiş müqaviləyə uyğun olduğunu, müvafiq qaydada işləndiyini, saxlanıldığını və layihədə istifadə üçün məqbul olduğunu yoxlamaq və sənədləşdirmək;
  • Sahədə material, tikinti/quraşdırma işləri üzrə xüsusi yoxlamalar aparmaq;
  • Armaturlanma, qəlib, betonlama işlərinin keyfiyyətinin yoxlamaq;
  • Yol tikintisi işlərinin keyfiyyətini yoxlamaq;
  • Bütün Keyfiyyət Sənədlərini hazırlamaq: Metod Bəyanatlar, Layihənin keyfiyyət planı, Yoxlama nəzarət planları və s.;
  • Sahə təftişlərinin təşkili və təftiş üçün bildirişləri yazmaq;
  • Bütün fəaliyyətlərin Metod Bəyanatlara və Yoxlama nəzarət planlarına uyğun olduğuna nəzarət etmək və əmin olmaq;
  • Tabeliyində olan işçilərə nəzarət etmək, onların öyrədilməsini, bilik və bacarıqlarının artırılmasını təmin etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarına riayət etmək;
  • Vəzifəsinin icrası ilə əlaqədar rəhbəri tərəfindən verilmiş digər  tapşırıqları yerinə yetirmək.

Zəruri şərtlər:

  • Təhsili: Ali
  • İxtisası: Mühəndislik, İnşaat mühəndisi, Mülki və Sənaye Tikintisi mühəndisliyi.
  • İş təcrübəsi: Müvafiq sahədə 1 ildən az olmayaraq iş stajı
  • Xarici dil: Rus, ingilis
  • Kompüter biliyi: MS Office proqramları, AutoCad.

Əlaqə nömrəsi – 055 214 02 60