Baş Kargüzar

İşin təsviri

Vakansiya haqqında məlumat:

1. Şirkətdə kargüzarlıq işini təşkil edir və həyata keçirir
2. Daxil və xaric olan sənədləri qəbul edir, qeydə alır, rəhbərliyin dərkanarına təqdim edir və dərkanara müvafiq surətdə aidiyyati üzrə bölüşdürür və icraçılara çatdırır
3. Sənədlərin icra müddətinə nəzarət edir
4. Rəhbərliyin tapşırığına müvafiq olaraq sənədləri icraçılara verir, qeydiyyatlarını rəsmiləşdirir və icrasına nəzarət edir
5. Göndərilən sənədlərin qeydiyyatını aparır və yola salır
6. Şirkət iclaslarının protokollarını tərtib edir və uçotunu aparır
7. Kargüzarlıqda başa çatmış sənədləri struktur bölmələrindən qəbul edir
8. Xidməti sənədlərin mühafizəsini təmin edir
9. Sənədlərin arxivləşdirilməsini təmin edir
10. Şirkət üzrə əmrlərin yazılmasını təmin edir

Tələblər:

- Bu sahə üzrə iş təcrübəsi minimum 3-5 il;
- Ali təhsil;
- Ofis proqramlarında əla səviyyədə işləmə bacarığı;
- ERP sistemdə işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan, Rus; İngilis (arzu olunan);

İş şəraitinin şərtləri

- iş qrafiki : 09:00-18:00;
- İstirahət günü: Həftədə 2 dəfə ( Şənbə, Bazar günü )
- Ə/h müsahibə əsasında təyin olunur.

Müraciət üçün son tarix: 19.03.2021

CV-nizi başlıqda "Baş Kargüzar" qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.