Baş Energetik

  • Avrora
  • Elanın qoyulma tarixi: 10.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Sizin əsas vəzifə öhdəlikləriniz :

• Fabriklərin enerji daşıyıcısının və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsini həyata keçirmək;
• Elektrik avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını, qənaət rejiminə riayət etməklə enerji ehtiyatlarından səmərəli istifadə olunmasını təmin etmək;
• Elektrik qurğularının və elektrik avadanlıqlarının əsaslı təmirini təmin etmək;
• Şəbəkənin və elektrik avadanlıqlarının xidmətinin təhlükəsiz istismarını təmin etmək;
• Texnoloji avadanlıqların elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək.
• Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsinə nəzarət etmək.
• Enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək,
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
• Avadanlıqların təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanması;
• Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : Ali təhsil (Elektroenergetika mühəndisliyi);
• Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (İstehsal sahələrində çalışanlara üstünlük verilir);
• Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması və istismarı qaydalarına bələd olmalı;
• Avadanlıqların istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimi, onların istismar qaydalarına bələd olmalı 
• Kompüter bilikləri - MC Office proqramları;
• Dil bilikləri –Rus dili (İngilis dili bilənlərə üstünlük verilir).

Bizim iş şərtləri :

• Həftədə 5 iş günü;
• İş saatları: 08:00-17:00;
• Şirkət hesabına nahar;
• İş yeri Hökməli qəs.(servis şirkət tərəfindən təmin olunur)

Biz nə təklif edirik :

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş Energetik” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi