PL/SQL dəstəklənməsi üzrə mütəxəssis

İşin təsviri

.Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

• Gün sonu prosedurların icrası (gecə növbəsi);
• Sorğuların “SLA”-ə uyğun icrası;
• İstifadəçilərdə yaranan problemlərin araşdırılması və həlli;
• İstifadəçilərdən gələn zənglərin cavablandırılması.

Bizim üçün uyğun namizəd:

• Ali təhsilli;
• Minimum 1 il təcrübəsi olan;
• Flexcube sistemi ilə iş təcrübəsi arzuolunandır;
• Ofis proqramları sahəsində mükəmməl biliyə sahib;
• SQL, PL-SQL üzrə biliyə malik;
• Probləmləri həll etmə bacarığı olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “PL/SQL dəstəklənməsi üzrə mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az