Mikro Kreditlərin təhlili bölməsinin mütəxəssisi, aparıcı və baş mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 08.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər :

• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra edir;
• Müraciətlər əsasında mikro sahibkarlıq subyektləri üzrə kreditləşmə, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlili həyata keçirir və onlar barədə rəy verir;
• Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlayır;
• Müvafiq Kredit Komitələrində müraciətlər üzrə müzakirələrdə iştirak edir;
• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra edir;

Tələblər :

• Mikro kredit sahəsi üzrə minimum 2 il bank təcrübəsi
• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
• Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
• Mərkəzi Bankın və MBNP-nın normativ aktları haqqında nəzəri biliklər;
• MS Office proqramları ilə işləmə bacarığı
• Excel proqramı üzrə mükəmməl biliklər, hesabatların hazırlanması bacarığı;
• Komanda ilə işləmə bacarığı;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

İşəgötürənin reytinqi