Büdcə və hesabatlıq üzrə mütəxəssis / aparıcı mütəxəssis

İşin təsviri

Bizim üçün ideal namizəd:

- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində ali təhsilli;
- Maliyyə sahəsində ən azı 1-3 illik iş təcrübəsi olan;
- MS Office proqramlarını (əsasən excel) yüksək səviyyədə bilən;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olan;
- Milli və beynəlxalq uçot standartlarını bilən;
- Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı kommunikasiya bacarıqlarına sahib olandır.

Hansı işləri görəcəksiniz:

- Maliyyə məlumatlarının toplanması və analizi;
- Aylıq gəlir və xərclərin analitikası;
- Rəhbərlərin göstərişinə əsasən daxili hesabatların hazırlanması;
- İllik büdcənin tərtib olunmasında dəstəyin göstərilməsi;
- Aylıq maliyyə hesabatları və daxili hesabatların hazırlanması;
- ACCA (F3 və F7) olması üstünlükdür;
- Bölmə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Nə əldə edəcəksiniz?

- Azərbaycanın qeyri-neft sektorunun ən böyük sənaye müəsisəsində iş təcrübəsi;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Şəxsi inkişaf və karyera imkanları.

Əlavə məlumat:

- Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Büdcə və hesabatlıq üzrə mütəxəssis / aparıcı mütəxəssis” yazaraq, 10.04.2021-ci il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur.