Texniki işlər üzrə mühəndis

  • Novas Agro
  • Elanın qoyulma tarixi: 08.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

- Müəssisənin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasını müəyyən edir.
- Enerjinin (qaz, su və işıq), materialların faydalı istifadə olunmasına imkan yaradır.
- İstehsalatın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını və bütün ehtiyatlardan səmərəli istifadə edilməsini təmin edir;
- Metodiki və normativ materialların, texniki sənədlərin eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təklifləri işləyib hazırlayır.
- İstehsalın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə işləri təşkil edir;
- Layihə, konstruktor və texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət edir.
- Layihə və proqramların işlənib hazırlanması, avadanlığın sınağı, istismarı və tətbiqi ilə bağlı lazımi tədbirlərin görülməsində, eləcə də texniki vasitələrin, müxtəlif texniki sənədlərə baxışda iştirak edir, rəy və təkliflər hazırlayır;
- Texniki sənədləşmənin vaxtında hazır olmasını təmin edir. Sənədlərin patentləşdirməyə hazırlanması və lisenziya alınması işlərini təşkil edir.
- Müəssisənin texniki xidmət işçilərinə və xidmətinə rəhbərlik edir, onların işlərini, əmək və istehsalat intizamını nəzarət altında saxlayır.

Bilməlidir:

- İşlədiyi sahəyə aid olan hökumətin qərar və qətnamələrini, əmr və digər rəhbər və normativ sənədlərini;
- məhsul istehsalının texnologiyasını, təsərrüfatçılıq və idarəetmə metodlarını;
- Texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatları;
- təsərrüfat müqavilələrinin bağlanması və icra edilməsi qaydalarını;
- istehsalın və idarəetmənin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

Tələblər:

- Ali-texniki və ya mühəndis-texniki təhsil və müəssisənin profilinə uyğun rəhbər və mühəndis-texniki vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.
- Məsuliyyətli və punktual;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;
- Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqlar;
- Dil bilikləri: Azərbaycan dili, (Rus dili arzu olunan).

İş şəraiti:

- 6 günlük iş qrafiki;
- AR Əmək məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı müsahibə əsasında namizədin təcrübəsinə uyğun olaraq təyin ediləcək.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Texniki işlər üzrə mühəndis” qeyd etməklə [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.