Hüquq Departamentinin direktoru

İşin təsviri

Tələblər:

- Təhsil: Hüquq sahəsində ali təhsil
- İş stajı : hüquq sahəsində ən azı 3 il
- Dil biliyi : Azərbaycan dilində səlit danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı;
- Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
- Hadisələri analiz etmə qabiliyyəti;
- Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.

Əsas vəzifələr:

• Şirkətin fəaliyyəti zamanı meydana çıxan hüquqi məsələlər üzrə rəylər verilməsi işinin təşkili;
• Hüquqi uyğunluq məsələlərinin tənzimlənməsi;
• Qanunvericiliyin tətbiqi ilə bağlı struktur bölmələrinə məsləhətlərin verilməsi işinin təşkili;
• Bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy verilməsi işinin təşkili;
• Cəlb edildiyi məhkəmə mübahisələrində mənafelərin müdafiəsinin təşkili;
• Daxili normativ sənədlərinin hazırlanması, yenilənməsi, saxlanması, biznes proseslərə uyğunlaşdırılması işinin təşkili;
• Qanunvericiliyində meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına sorğular göndərilməsi işini təşkili;
• Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, hüquqi şəxslər və dövlət orqanları ilə əlaqələrin yaradılması və işin təkmilləşdirilməsi sahəsində işlərin görülməsi;
• Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
• Departamentin əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədl əşmə ;
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Karyera yüksəlişi imkanı;

Qeyd olunan vakansiya ilə bağlı müraciət etmək namizədlər aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər:

https://jobs.talhunt.az/optimal/470-huquq+departamentinin+direktoru

Son tarix: 30.03.2021

İşəgötürənin reytinqi