Sistem inzibatçısı (Linux)

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 21.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İŞİN TƏSVİRİ:

● İT sistemlərinin daimi monitorinqi;
● Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması;
● Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı lazımi bütün işçi qruplarının məlumatlandırılması;
● Mövcud servislərin dayanaqlılığını təmin etmək;
● Bütün dəyişikliklərin sənədləşdirilməsi;
● Bütün tapşırıqların task sistemi üzərində qeydiyyatı və icrası;
● İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsində iştirak edir;
● 24/7 mövcudluğu;
● Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir;
● İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

● İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları
● CompTIA Linux+, Red Hat Certified System Administrator (RHCSA), VMware Certified Professional (VCP) sertifikatlarına sahib olması arzuolunandır.
● Opensource istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə.
● Linux əməliyyat sistemlərinə (müxtəlif distrubitivlər – RedHat, CentOS, Debian) dair nəzəri və praktiki biliklər - inzibatçılıq səviyyəsində;
● Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware ;
● Proxy və web server-lərlə bağlı iş təcrübəsi – Nginx, Apache və s;
● Bash Script-lə praktiki biliklər;
● Configuration Management tool-larla təcrübə – Ansible, Chef, Puppet;
● Docker container-lərlə əlaqəli bilik və iş təcrübəsi;
● Python ilə təcrübə.
● İngilis və rus dilləri üzrə biliklər:
ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
● Sahə üzrə iş təcrübəsi ən azı 3 il

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

İşəgötürənin reytinqi