Mühəndis-geoloq

İşin təsviri

Vəzifə öhdəlikləri

• Əvvəllər yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinin nəticələrinin araşdırılması və potensial sahələrin müəyyənləşdirilməsi;
• Kameral şəraitdə layihələrin hazırlanması;
• Çöl şəraitində yerüstü sınaqlaşdırma və xəritəalma işlərinin yerinə yetirilməsi;
• Buruq-qazma quyularına nəzarət, kern məhsullarının sənədləşdirilməsi;
• Çöl şəraitində toplanılmış materialların kameral şəraitdə işlənilməsi, müxtəlif təyinatlı cizgi, sxem, xəritə və planların eləcə də kəsilişlərin tərtibi;
• Müasir proqram təminatlarından istifadə edərək müxtəlif elementlər üzrə anomaliyaların hazırlanması;
• Əldə edilmiş nəticələr əsasında proqnoz ehtiyatların hesablanması;
• Tələb olunan digər tapşırıqların yerinə yetirilməsi və s..

Ümumi tələblər

• Azərbaycan və ətraf regionun geoloji quruluşu haqqında biliklər;
• Nəcib və əlvan metal yataqlarının sənaye-genetik tipləri haqqında ətraflı biliklər;
• Filiz və qeyri-filiz faydalı qazıntı yataqları haqqında ətraflı biliklər;
• Yerüstü xəritəalma vərdişlərinə sahib olmaq (GPS-dən sərbəst istifadə etmək);
• Yerli və xarici mütəxəsisslərlə işləmək bacarığı;
• Dil bilikləri: Azərbaycan dilində sərbəst, İngilis və Rus dillərində orta səviyyəli danışıq və yazı qabiliyyəti;
• Çöl şəraitində yerinə yetirdiyi işlər haqqında müfəssəl hesabat tərtib etmək vərdişi;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, aktivlik, çeviklik və məsuliyyətlilik,
• Müvafiq sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi.
• Yaş həddi:50 yaşadək

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC tərəfindən digər vakansiyalar