Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC


Yerinə yetirilən işlərin yüksək keyfiyyəti, inşaat texnikasının dünyada ən yaxşı nümunələri, çox sahəli ixtisaslı personal, tikinti sahəsində son nailiyyətlər – bu gün sizə "EVRASCON" ASC bunları təklif edə bilər.

Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" (keçmiş "Azərkörpü") 1968-ci ildə Bakıda SSSRİ-in nəqliyyat tikintisi Nazirliyi yanında yaradılmışdır və "Mostootryad-100" kimi öz fəaliyyətinə başlamışdır. 2001-ci ildə həyata keçirilmiş özəlləşdirmənin nəticəsində şirkət səhmdar cəmiyyət statusunu almışdır. 2013-cü ildə "Azərkörpü" ASC-də həyata keçirilmiş rebrendinq nəticəsində şirkətin adı Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" adı ilə əvəz edilir.

Azərbaycanda fəaliyyət göstərən çox sahəli şirkətlərdən biri olaraq, "EVRASCON" korporasiyası ölkənin çox sürətli inkişafına öz töhvəsini verərək iqtisadiyyatın müxtəlif sahələrində bir sıra əhəmiyyətli layihələr həyata keçirir. Bu gün, Azərbaycanın nəhəng inşaat meydançasını xatırlatdığı bir dövrdə, çox sahəli ixtisaslaşdırmaya malik olan “EVRASCON” Korporasiyası ölkədə genişmiqyaslı tikinti işlərində bilavasitə iştirak edən ən böyük şirkətlərdən biridir.

“EVRASCON” ASC Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Komissiyası, İslam İnkişaf Bankı və TACİS proqramları kimi tanınmış beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsində iştirak edir.

Azərbaycandan başqa, şirkət ölkə xaricində keçirilən inşaat və montaj işlərində fəal iştirak edir. Bu ölkələr sırasına Qazaxıstan, Rusiya, Ukrayna, Özbəkistan, Moldova, Türkiyə aiddir.

Korporasiyanın sifarişçiləri həm yerli, həm də xarici şirkətlərdir. Onların sırasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, «Meliorasiya və Su təsərrüfatı» ASC, Azərbaycan Dövlət Dəmir Yolları QSC, Azərbaycan Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə agentlik, «Ukravtodor», BP, BTC (Bakı-Tbilisi-Ceyhan), Tecfen, Petrofac, Technip, Washington International Ink., Keppel Qazaxstan LLP, Qazaxstan Beynəlxalq Dəniz Limanı, “NK KazAvtoJol” SC, Özbəkistan Yol Fondu, Qazaxstan Respublikası avtomobil yolları və rabitə Komitəsi, Moldova Respublikası Dövlət Nəqliyyat Administrasiyası var.

Ilk dəfə, məhz "EVRASCON" korporasiyası tərəfindən Azərbaycanda unikal layihələr inşa edilmişdir: 2007-ci ildə “Koroğlu” metro stansiyası yaxınlığında və Tbilisi prospekti ilə Həsən bəy Zərdabi küçəsinin kəsişməsində əvvəlcədən gərginləşdirilmiş dəmir-betondan istifadə etməklə körpü, 2009-cu ildə Azərbaycan Respublikasında dayaqlarının hündürlüyü 34 m təşkil edən ən hündür körpü olan Tovuzçay çayı üzərində körpü inşa edilmişdir, 2012-ci ildə isə Qazaxstanda Sırdərya çayının üzərində əvvəlcədən gərginləşdirilmiş dəmir-betondan istifadə etməklə körpü inşa edilmişdir.

"EVRASCON" korporasiyası tərəfindən tarazlaşdırılmış konsol üsulu ilə körpü tikilmişdir. Bu 2017-ci ildə Maxambet rayonunda Ural çayı üzərində tikilən körpüdür. 2010-2017-ci illərdə hündürlüyü 142.5 m. olan, bəndləri tək regionda deyil, hətta Avropanın ən hündür bəndlərindən biri olan Taxtakörpü su anbarının, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Qazaxıstanda Kurık Limanında Bərə Kompleksinin tikintisi kimi mühüm hidrotexniki və dəniz layihələrinin tikintisi yerinə yetirilmişdir.

Bundan başqa, 2017-ci ildə öz layihəsi və konstruksiyasına görə qeyri-adi layihə yerinə yetirilmişdir – Moskvada “Paryaşiy most” (latın "V" hərfi şəklində baxış meydançası) körpüsü. Baxış meydançasının ümumi uzunluğu demək olar ki, 245 metrə çatır, bununla yanaşı, körpü bünövrəsinin, demək olar ki, dibində yerləşən cəmi iki dayaq üzərində dayanır, və konsol hissəsinin uzunluğu 70 metr təşkil edir. Moskva-çayının səviyyəsindən 15 metr hündürlüyündə ucalan körpü sanki onun üzərində süzür - buna görə də onu “Paryaşiy most” adlandırırlar. Bu layihə unikal və təkraredilməzdir - o həqiqətən də görkəmlidir və bununla da Korporasiyanın imkanını və potensialını aydın göstərir.

Qoyulmuş məsələlərin həlli üçün şirkət yeni texnologiyaları fəal tətbiq edir, Keyfiyyətin Menecmenti Sistemi üzrə ISO 9001:2015, ISO 14001:2015, ekoloji menecment sistemi üzrə ISO 14001:2004 və əməyin təhlükəsizliyi və sağlamlığın qorunması üzrə OHSAS 18001:2007 standartlarının tələblərinə uyğunluğunun nəzarət və təhlilini apararaq işləri daima təkmilləşdirir.

Bundan başqa, şirkətdə dünyanın innovativ proqramları üzrə gənc kadrların hazırlanması üzrə daimi olaraq fəal işlər aparılır. İşlərin yüksək keyfiyyəti və tətbiq edilən innovasiya həlləri sayəsində bu gün "EVRASCON" korporasiyası aparıcı xarici şirkətlər üçün ləyaqətli rəqabət təşkil edir və eyni zamanda Azərbaycan xalqının yaşayış keyfiyyətini yaxşılaşdırmaq və ölkənin iqtisadi çiçəklənmə yolunda irəliləyişinə imkan yaratmaq üçün bütün səyləri ortaya qoyur, və bundan sonra da Qafqazda ən yaxşı İnşaat korporasiyalarından birinin statusunu qorumağa hazırdır.

 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?