Həkim Fleboloq

İşin təsviri

Əmək funksiyası

- Damarların xarakteristikasına aid olan dəyişiklikləri müəyyən edir
- Pasiyentin ətraflı anamnezini (varikoz damarlarından əziyyət çəkən qohumlar varmı; varikozun ağırlaşdıran səbəblərdən oturaq iş və passiv həyat tərzi keçirilirmi; hamiləlik və ya doğuş olubmu və s.) araşdırır
- Tamamilə ağrısız və qeyri-invaziv prosedur olan Rəngli Doppler vasitəsi ilə damarlarının funksional vəziyyətini qiymətləndirir
- Pasiyent haqqında lazım olan bütün məlumatları bilən həkim, instrumental tədqiqat üsullarını sərf edərək, varikoz damarların diaqnozunu qoyur
- Müalicəni təyin edir (müalicə konservativ üsullarla və ya zəruri hallarda əməliyyatla aparılır)
- Varikoz damarların ağırlaşmasının qarşısını almaq üçün tövsiyələr verir
- Xəstəlik barədə qeydlərin komputerə daxil edir
- Yüksək müştəri xidmətinin göstərilməsi və müştəri bazasının daim genişləndirilməsi

Namizəd seçimi üçün tələblər

- Ali və intrnatura təhsili
- Peşəsi üzrə minimum iki il təcrübəsi
- Pozitiv və yüksək ünsiyyət bacarığı
- Yüksək xidmət və müştəri məmnuniyyəti (həm xəstə, həm də xəstə yaxınlarına qaşı) yanaşması
- Yaxşı komanda oyunçusu
- Pasient bazası olanlara üstünlük verilir

İş qrafiki: Bazar ertəsi - şənbə günləri, hər gün 5-6 iş saatı (həftə ərzində 40 saatı keçməməklə), asudə vaxtı saat 13:00-dan 14:00-dək olmaqla işləyir

Hesabat verdiyi şəxs: Baş həkim və Administrativ menecer
Müqavilə növü: Xidməti və ya Əmək müqaviləsi
Xidmət / Əmək haqqı: Qarşılıqlı razılaşma yolu ilə
Benefitlər: Özü və yaxın ailə üzvləri üçün klinikanın imkanlarından 20% endirimli faydalanmaq imkanı, Pulsuz avtomobil dayanacağı

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər

Qeyd: Əlavə suallar üçün elektron poçt ünvanına mobil nömrənizi qeyd etməklə müraciət edə bilərsiniz

Macrobiosis Antiage & Esthetic Center tərəfindən digər vakansiyalar